RƏSMİ SƏNƏDLƏR


İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçkodan

A+ A

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siyasi xadim kimi müdrikliyiniz, uzaqgörənliyiniz, görkəmli rəhbər istedadınız və qlobal məsələlərin həllinə həqiqətən dövləti mövqedən yanaşmağınız Sizə ölkənizin xalqının sevgisini, bütün dünyada dərin hörmət və nüfuz qazandırıb. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan Respublikası ilə elm, təhsil və humanitar sahələrdə əməkdaşlığı bizi sevindirir. Bu, xalqlarımızın firavanlığına, tibb elminin və tibbi təhsilin inkişafına kömək edir.

Doğum gününüz münasibətilə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qarşıya qoyulmuş məqsədlərə nail olmaqda yeni uğurlar arzulayıram. Sizə və yaxınlarınıza sevinc, firavanlıq və tərəqqi diləyirəm.

Hörmətlə,

 

Pyotr Qlıboçko

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki, professor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır