Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Qlıboçkodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın bütün sahələrində sanballı uğurlar qazanıb. Biz İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin elm-təhsil sahəsində Azərbaycan Respublikası ilə əməkdaşlığına ürəkdən şadıq. Bu əməkdaşlıq, ölkələrimizin firavanlığına, tibb elminin və təhsilin inkişafına töhfə verir.

Bu xoş fürsətdən istifadə edərək Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.

Hörmətlə,

Pyotr Qlıboçko

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru,

Rusiya Elmlər Akademiyasının müxbir üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin