Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Qlıboçkodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Əlamətdar bayram – Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Müstəqil Azərbaycan Respublikası 25 ildir seçdiyi dövlətçiliyin inkişafı və möhkəmlənməsi, vətəndaşların sosial rifahının yaxşılaşması, elmin, təhsilin, səhiyyənin inkişafı, humanitar əlaqələrin möhkəmlənməsi yolu ilə müvəffəqiyyətlə addımlayır.

Respublikanın Müstəqillik Günü birliyin, sülhün və sabitliyin rəmzi, Azərbaycan xalqının öz ənənələrinə, ölkənin çiçəklənməsinə və rifahına yönələn xoş mərama sadiq olmasının təsdiqidir. Sizə və Azərbaycan Respublikasının xalqına xoşbəxtlik, cansağlığı və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Pyotr Qlıboçko

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru,

professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin