Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kollektivi 20 Yanvar faciəsi qurbanların xatirəsini yad edib VİDEO

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycanda baş verən Qanlı Yanvar faciəsindən 26 il ötür. Bu müddət ərzində şəhid məzarları zamanın qan yaddaşına köçür, xalqımızın and yerinə çevrilərək ehtiramla yad olunur.

AZƏRTAC xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, yanvarın 19-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbə və müəllimləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətənin qəhrəman oğul və qızlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər düzüblər.

Ali təhsil müəssisəsinin akt zalında davam etdirilən tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igid Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev 20 Yanvar faciəsinin dəhşətlərindən söhbət açaraq həmin gün Azərbaycan xalqının cəsarətli övladlarının göstərdiyi şücaətlərdən danışıb. O, ötən əsrin 90-cı ilində ölkəmizin müstəqilliyi, azadlığı uğrunda küçələrə çıxmış soydaşlarımıza qarşı insanlığa sığmayan vəhşiliklərin törədildiyini, əliyalın insanlara ağır silahlardan atəş açıldığını, hətta qocalara, qadınlara, uşaqlara belə rəhm edilmədiyini xatırladıb. Qeyd olunub ki, o vaxt Mərkəzi televiziya təxribat xarakterli məlumatlar yayır, baş vermiş faciənin miqyasını kiçiltməyə çalışırdı. Azərbaycanla əlaqə yaratmaq mümkün deyildi. Ölkə daxilində də müəyyən qüvvələr düzgün informasiyanın dünya ictimaiyyətinə çatdırılmasına mane olurdular. Həmin günlərdə azadlıq mücadiləsinə qalxmış xalqın iradəsini qırıb böyük imperiyanı saxlamaq istəyirdilər. Amma xalqın iradəsi, mərdliyi sayəsində onlar bu planlarını reallaşdıra bilmədilər. Hətta qadınlarımız öz vətənlərini qorumaq üçün təpədən-dırnağa qədər silahlanmış ordunun qarşısına əliyalın çıxmışdılar. Odur ki, 20 Yanvar bizim tariximizə faciə ilə yanaşı, həm də əsl igidlik, qəhrəmanlıq səhifəsi kimi daxil olub. Xalqımız öz qanı bahasına azadlığına qovuşub.

Rektor Əziz Əliyev deyib ki, həmin dövrdə sovet mediası 20 Yanvarla bağlı yanlış məlumatlar yayır, baş verənləri gizlədir, çox az sayda itkinin olduğu haqda məlumatlar verirdi. Yalnız o dövrdə siyasi rəhbərlikdən kənarlaşdırılmış xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək kəskin bəyanat verməsi və əsl günahkarların cəzalandırılmasını tələb etməsi nəticəsində həqiqəti əks etdirən informasiyalar bütün dünyaya çatdırıldı. Həmin mətbuat konfransında dünyanın nüfuzlu KİV-nə bu faciənin səbəbləri haqqında düzgün məlumatlar verildi.

Rektor Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışından sonra bu istiqamətdə gördüyü işlərdən, onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildiyindən danışıb, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə kömək üçün ulu öndərin imzaladığı sənədlərin bu insanların xatirəsinə böyük ehtiram olduğunu bildirib. Vurğulanıb ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçənlərin əziz xatirəsinin daim yad edilməsi, onların ailələrinin sosial rifah halının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə göstəriş verib, çox zəruri fərmanlar imzalayıb.

Sonra tədbirdə çıxış edən tələbələr ölümləri ilə qorxu hissini öldürən 20 Yanvar şəhidlərinin heç zaman unudulmayacağını, doğma Azərbaycanımızda və eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən soydaşlarımızın qəlbində əbədi yaşayacaqlarını söyləyiblər. Qeyd olunub ki, imperiya bu qəddarlığı ilə Azərbaycanın haqq səsini boğa bilmədi və şəhidlərimizin azadlıq, müstəqillik arzusu reallaşdı. Ulu öndər Heydər Əliyevin zəngin idarəçilik qabiliyyəti, siyasi uzaqgörənliyi sayəsində müstəqilliyimiz daimi oldu.

Toplantını yekunlaşdıran professor Əziz Əliyev Azərbaycanın hər bir övladının bu hadisə haqqında saatlarla danışa biləcəyini qeyd edərək bir daha xatırladıb ki, həmin gün xalqımız qəhrəman övladlarını itirdi. Lakin bu böyük itkilərə baxmayaraq bizim əsas təsəllimiz qazandığımız müstəqil, azad Azərbaycan oldu. Şəhidlərimizin qanı bahasına və xalqımızın iradəsi, ulu öndərimizin istər xarici, istər daxili siyasəti nəticəsində ölkəmiz bu gün dünyanın inkişaf etmiş ölkələri arasında öz layiqli yerini tutur.

Tədbirdə həmçinin 20 Yanvar hadisələri zamanı həkimlərimizin fədakarlığından bəhs edən sənədli film də nümayiş olunub.

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kollektivi 20 Yanvar faciəsi qurbanların xatirəsini yad edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI