Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İNCƏSƏNƏT XADİMLƏRİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MÜKAFATLARININ TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının incəsənət xadimlərinə dövlət qayğısının artırılması, Azərbaycanda səhnə sənətinin inkişafı üçün daha əlverişli şərait yaradılması məqsədi ilə qərara alıram: 

1. Səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatları təsis edilsin:

Azərbaycan Respublikası - hər biri ayda iki milyon Prezidentinin I dərəcəli manat olmaqla on beş

mükafatı mükafat;

Azərbaycan Respublikası - hər biri ayda bir milyon

Prezidentinin II dərəcəli beş yüz min manat

mükafatı olmaqla iyirmi beş mükafat;

Azərbaycan Respublikası - hər biri ayda bir milyon

Prezidentinin III dərəcəli manat olmaqla otuz

mükafatı mükafat.

Azərbaycan Respublikası Prezidentinin mükafatını alanlar hər ilin birinci rübündə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə müəyyən edilir.

2. Azərbaycan Respublikasının Nazirər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin