REGİONLAR
İNDİYƏDƏK 1561,9 MİN TON TAXIL YIĞILMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, cari il iyulun 16-dək 580,3 min hektarın və ya biçiləcək sahənin məhsulunun 82,8 faizi yığılmış, hər hektardan orta hesabla 26,9 sentner olmaqla 1561,9 min ton məhsul toplanmışdır. Rayonların bəzilərində taxıl biçini başa çatmışdır.
Cari ildə respublika rayonlarının yarısında hər hektarın orta məhsuldarlığı ötən ilin müvafiq dövrünə nisbətən yüksək olmuşdur. Saatlı, Ağcabədi, Sabirabad, Şəmkir, Hacıqabul, Ağdaş və Beyləqan rayonlarının təsərrüfatlarında hər hektardan orta hesabla 30,6-41,9 sentner taxıl məhsulu götürülmüşdür.
Taxıl istehsalı Cəlilabadda 123,2 min tona, Şəkidə 97,5, Sabirabadda 84, Ağsuda 78,4, Neftçalada 75,7, Saatlıda 60,6, Kürdəmirdə 56,1 və Biləsuvarda 52,5 min tona çatmışdır.