İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Azərbaycan Respublikası Prezidentinin “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 22 mart 2001-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti “Sabunçu Azot - Oksigen” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edir.
Müsabiqədə Azərbaycan Respublikasının investorları ilə yanaşı, xarici sərmayəçilər də iştirak edə bilərlər.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik ğötürmüş iddiacıya üstünlük veriləcəkdir.
Investisiya müsabiqəsində iştrak etmək üçün iddiaçılar yüksək təmizliyə malik oksiğen, azot və arqonun istehsalına nail olmaq məqsədi ilə tikintisi 1985-ci ildə başlamış və 1995-ci ildə dayandırılaraq yarımcıq qalmış, istehsal ğüçü ildə 9800 ton maye azot və 8175 ton maye oksiğen olan “Havanın ayrılması” sexində tikinti-quraşdırma və sazlama işlərinin tamamlanması, mövcud tikili və qurğuların bərpası, yeni iş yerlərinin acılması, işcılərin sosial təminatı məsələlərinin həllini özündə əks etdirən İnvestisiya proqramı təqdim etməlidir. Müəssisəyə investisiya qoyuluşu yeni avadanlığın quraşdırılmasına, “Havanın ayrılması” sexinin istehsal gücünün 14 dəfə artırılmasına, maye azot və arqon qazlarının istehsalına başlanmasına imkan verəcəkdir. Bu isə işçilərin mövcud sayının 3 dəfə artırılmasına şərait yaradacaqdır. Bütün bu tədbirlər məhsulların maya dəyərinin xeyli aşağı salınmasına səbəb olacaq, onların istifadə edildiyi metallurgiya müəssisələrində buraxılan məhsulların keyfiyyətinə müsbət təsir göstərəcəkdir.
Iddiaçilar həmçinin, 1 milyard manatdan az olmamaq şərtilə pul vəsaitinin dövlət büdcəsinə köçürülməsinə, 24 min ədəddən az olmamaqla özəlləşdirmə çekllərinin təqdim edilməsinə dair təkliflər verməlidir. Xarici investorlar təklif etdikləri dövlət özəlləşdirmə çeklərinin sayına müvafiq olaraq dövlət özəlləşdirmə opsionları da təqdim etməlidir.
Müsabiqənin qalibi təklif etdiyi pul vəsaitinin 30 iş günü müddətində dövlət büdcəsinə ödənilməsini, təklif etdiyi sayda dövlət özəlləşdirmə çeklərini İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinə təqdim olunmasını, investisiyanın ümumi həcminin İnvestisiya proqramı ilə müəyyən edilmiş 5 faizə qədər hissəsini pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini təmin etməlidir.
Müsabiqədə iştirak etmək üçün ərizə və təkliflərin qəbulu 27 sentyabr 2001-ci il tarixindən, Müsabiqə komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi isə 4 oktyabr 2001-ci il tarixindən başlayaraq həyata keçiriləcəkdir.
Investiya müsabiqəsinin şərtləri ilə “Mülkiyyət” qəzetinin son nömrəsində ətraflı tanış olmaq olar.