İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Məlumat verildiyi kimi, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsinin intensivliyinin artırılması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi təşkilatlara, müəssisələrə, iş adamlarına investisiya layihələrinin nazirliyə təqdim olunması ilə bağlı müraciət etmişdi. Bununla bağlı, nazirliyə 200-ə yaxın layihə təqdim olunmuşdur.
Nazirliyin müvafiq qurumları tərəfindən daha paritet layihələr seçilir. Əsasən energetika, kənd təsərrüfatı, maşınqayırma, nəqliyyat, yüngül və yeyinti sənayesi sahələrini əhatə edən paritet layihələr hazırlanmaqda olan “Dövlət investisiya proqramı”na daxil ediləcəkdir.
Hazırda nazirliyə təqdim olunmuş layihələrin maliyyələşdirilməsi imkanları araşdırılır. Investisiya layihələri tərcümə olunaraq Fransa, Almaniya, Səudiyyə Ərəbistanı Krallığı, Rusiya Federasiyası və s. ölkələrin nümayəndəliklərinə təqdim edilmişdir.