Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

İRAN PREZİDENTİNİN AZƏRBAYCANA DOSTLUQ SƏFƏRİ

Dünən İran İslam Respublikasının Prezidenti Əkbər Haşimi-Rəfsəncani Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə Bakıya rəsmi görüşə gəlmişdir.

...Binə aeroportu Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət bayraqları ilə bəzədilmişdi. Dost ölkənin Prezidenti Əkbər Haşimi-Rəfsəncanini və onu müşayiət edən şəxsləri gətirən təyyarə yerə enir. Təyyarənin pilləkəni yanında ali qonağı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qarşılayır. Milli geyimli oğlan və qızlar İran İslam Respublikasının Prezidentinə gül-çiçək dəstələri təqdim edirlər. Azərbaycanın və İranın dövlət himnləri səslənir. Fəxri qarovulun rəisi İran İslam Respublikasının Prezidentinə raport verir. Hər iki Prezident fəxri qarovulun önündən keçir və əsgərləri salamlayır.

Ali qonağı və onu müşayiət edən şəxsləri – İranın xarici işlər naziri Əli Əkbər Vilayətini, digər nazirləri və yüksək vəzifəli xadimləri Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilov, dövlət müşaviri Vəfa Quluzadə, Baş nazirin birinci müavini Vahid Əhmədov, Baş nazirin müavinləri Rəsul Quliyev, Abbas Abbasov, Səməd Sadıqov, Elçin Əfəndiyev, Əsgər Məmmədov, xarici işlər naziri Həsən Həsənov, nazirlər, xalq deputatları və başqaları qarşıladılar.

Heydər Əliyev və Əkbər Haşimi-Rəfsəncani kütləvi informasiya vasitələrinin nümayəndələri üçün bəyanat verdilər.

Heydər Əliyev dedi:

- İran İslam Respublikasının Prezidentinə və onu müşayiət edən şəxslərə rəsmi dəvətimi qəbul edib ölkəmizə gəldiklərinə görə öz minnətdarlığımı bildirirəm. Əminəm ki, nümayəndə heyəti Bakıda olduğu müddətdə xoş görüşlərin iştirakçısı olacaqdır. İnanıram ki, siyasi, iqtisadi, diplomatik, ticarət, gömrük və digər sahələr üzrə nəzərdə tutulan danışıqlar və imzalanacaq sənədlər Azərbaycanla İran İslam Respublikası arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynayacaqdır. Bizim xalqlarımızı qədim tarixi olan dostluq və qardaşlıq münasibətləri bir-birinə sıx bağlayır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətlərimiz arasında ikitərəfli əlaqələrin möhkəmlənməsi üçün hər cür şərait yaranmışdır. Əminəm ki, hər iki ölkənin mənafeyinə xidmət edən bu əlaqələr bundan sonra daha da genişlənib öz bəhrəsini verəcəkdir.

Sonra Əkbər Haşimi-Rəfsəncani mikrofona yaxınlaşaraq dedi:

- Heydər Əliyev xalq tərəfindən Prezident seçildikdən sonra Azərbaycan torpağına qədəm basdığım üçün özümü xoşbəxt sayıram. İnanıram ki, dövlətlərimiz arasında, iqtisadi və siyasi əlaqələr bundan sonra daha da inkişaf edəcəkdir. Hər iki dövlət arasında qarşılıqlı əlaqələr yaradılması və onların bir-birinə yaxınlaşması üçün hər cür şərait vardır. Ümidvaram ki, hər iki xalq bir-birinə əl uzadaraq ölkələrimizin inkişafı üçün də birgə səy göstərəcəkdir. Azərbaycan çətin şəraitdə yaşayır, onun torpağında ədalətsiz müharibə gedir. Əminəm ki, bu müharibə tezliklə sizin qələbənizlə başa çatacaq və torpağınızda sülh, əmin-amanlıq bərpa olunacaqdır.

Təyyarə meydanında rəsmi mərasim başa çatdıqdan sonra maşınlar karvanı motosikletçilərin müşayiəti ilə şəhərə, ali qonaq üçün ayrılmış iqamətgaha yol düşdü. Yol boyu on minlərlə bakılı hörmətli qonağı hərarətlə salamladı.

X X X

“Biz təcavüzkarın tezliklə öz cəzasına çatacağına, ərazi bütövlüyünüz və müstəqilliyiniz yolunda verdiyiniz şəhidlərin ruhunun sakit uyuyacağına, qaçqınların yaxın vaxtlarda öz evlərinə dönəcəklərinə inanırıq. Allahdan istəyimiz də ancaq budur. Tanrı öz bəndələrini imtahana çəkir, lakin heç vaxt onları darda qoymur”. İran Prezidenti Əkbər Haşimi-Rəfsəncaninin dünən Təzəpir məscidində şam və xətm namazından sonra Azərbaycan möminləri qarşısında dediyi bu sözlər məscidə toplaşanların “Amin” sədaları ilə qarşılanmışdır.

Dost ölkənin Prezidenti demişdir ki, Azərbaycan xalqının başına gələn bəlalar İran xalqına özünün çəkdiyi ağrılar kimi tanışdır. Çünki cəmi bir neçə il əvvəl onun ölkəsi də bu fəlakətlərə düçar olmuşdur. Ağayi Rəfsəncani əlavə etmişdir ki, İran xalqının inamı, qanı, canı bahasına və ulu yaradanın köməyi ilə biz təhlükədən sovuşduq. İndi isə həmin faciələr Azərbaycanın başına gətirilir. Sizə qarşı törədilən təcavüzə qeyrətli müsəlman övladlarının, Azərbaycan oğullarının rəşadəti nəticəsində son qoyulacağına ümid edirik.

Bakıya ikinci dəfə, müstəqil Azərbaycan Respublikasına isə ilk rəsmi səfərə gəldiyini söyləyən İran dövlətinin rəhbəri qeyd etmişdir ki, o, sovet rejimi dövründən sonra Azərbaycanda dinə inam və ehtiramın necə artdığının şahididir. Bunun özü Azərbaycan xalqının doğru yolda olduğuna bir nişanədir.

Qonaqları dindarlar adından salamlayan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə dost ölkənin yüksək səviyyəli nümayəndə heyətinin respublikamıza səfərinə böyük ümidlə yanaşdığını və İranın Azərbaycana qayğısını yüksək qiymətləndirdiyini bildirmişdir. O demişdir: “Qaçqınlarımıza köməyiniz və haqq işimizdə bizə mənəvi dayaq olmağınız bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımızın birliyinin və Allaha inamının əyani təcəssümüdür”.

İran Prezidenti ilə birlikdə Təzəpir məscidində Azərbaycanın xarici işlər naziri Həsən Həsənov, dövlət müşaviri Hidayət Orucov və digər rəsmi şəxslər olmuşlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib