Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

İRAN PREZİDENTİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞDİR

Dünən səhər tezdən İran İslam Respublikasının Prezidenti Əkbər Haşimi-Rəfsəncani və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hər bir azərbaycanlı üçün müqəddəs olan ziyarətgaha - Şəhidlər xiyabanına getmişlər. İran dövlətinin başçısını respublikamıza səfərdə müşayiət edən – şəxslər xarici işlər naziri Əli Əkbər Vilayəti, neft sənayesi naziri Qulam Rza Ağazadə və digər rəsmi xadimlər, habelə qonşu ölkənin üləmaları da Şəhidlər xiyabanını ziyarət etmişlər.

İran Prezidenti Vətənimizin qəhrəman övladlarının məzarları önünə əklil qoymuşdur. Qonaqlar Azərbaycanın azadlığı, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin qəbirləri önünə gül-çiçək dəstələri düzmüşlər.

Əkbər Haşimi-Rəfsəncani, Heydər Əliyev və onları müşayiət edən şəxslər şəhidlərin əziz xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.

Ziyarətdə Azərbaycan tərəfindən respublika Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilov, xarici işlər naziri Həsən Həsənov və digər rəsmi şəxslər olmuşlar.

X X X


QƏDİM NEFTAYIRMA MÜƏSSİSƏSİNDƏ

GÖRÜŞ

İran İslam Respublikasının Prezidenti Əkbər Haşimi-Rəfsəncani və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dünən Azərneftyağ zavodunda olmuşlar. Respublikamızın neftayırma sənayesinin bu qədim müəssisəsində qonaqları hərarətlə, gül-çiçəklə qarşılamışlar. Prezidentlər və onları müşayiət edən şəxslər burada inşa edilən və hazırda son tamamlama işləri görülən ELOU-AVT-2 qurğusuna baxmışlar. Dövlət başçılarına məlumat verilmişdir ki, bu nəhəng qurğu ABŞ-ın “Petrofak İnkorporeyşn” firması tərəfindən lahiyələşdirilmişdir. Obyekti Azərbaycan Quraşdırma və Xüsusi Tikinti İşləri Səhmdar Şirkətinin inşaatçıları quraşdırırlar. İşin gedişinə əvvəldən axıradək firmanın mütəxəssisləri nəzarət edirlər.

Mütəxəssislərin fikrincə, obyektdə görülmüş işlər dünya standartları səviyyəsindədir. 25 milyon ABŞ dollarına başa gəlmiş bu qurğuda ən müasir texnologiya tətbiq ediləcək, istehsal prosesi əsasən avtomatlaşdırılacaq, kompyuterlər vasitəsilə həyata keçiriləcəkdir. Bu qurğu demək olar ki, tamamilə itkisiz işləyəcək, ekologiyaya heç bir zərər vurmayacaqdır.

Qurğu ilə tanışlıqdan sonra Əli Əkbər Haşimi-Rəfsəncani və Heydər Əliyev həyətə toplaşmış zavod əməkçiləri qarşısında çıxış etmişlər. Azərbaycan Prezidenti ali qonağı və onu müşayiət edən şəxsləri bir daha salamlamış və uzun ayrılıqdan sonra Azərneftyağ zavodunun əmək kollektivi ilə görüşündən məmnun olduğunu bildirmişdir. O demişdir: Bakıda 125 il bundan əvvəl işə başlayan bu müəssisə Azərbaycan neft sənayesinin inkişafında mühüm rol oynamışdır. Heydər Əliyev 70-ci illəri xatırlayaraq qeyd etmişdir ki, o vaxt biz burada köhnəlmiş avadanlığı tamamilə yenisi ilə əvəz etdik və müasir texnologiyalı zavod inşa olundu. Burada çalışan adamlar onun bəhrəsini gördülər. Mən çox şadam ki, indi burada yeni bir neft emalı qurğusu yaradılmışdır. Azərbaycan rəhbəri bu münasibətlə neftayıranları təbrik etmiş və onlara uğurlar arzulamışdır.

Heydər Əliyev daha sonra bildirmişdir ki, İranla Azərbaycan arasında əlaqələr bundan sonra daha da inkişaf edib möhkəmlənəcəkdir. İran İslam Respublikası Prezidentinin Bakıya bu səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ olacaqdır.

Azərbaycan rəhbəri çıxışının axırında demişdir: Ümidvaram ki, həm Azərbaycan xalqı, həm də İran xalqı bu əlaqələrin inkişafından bəhrələnəcəklər. Mən bu qədim neftayırma müəssisəsində İran Prezidentinə və İran xalqına Azərbaycan xalqının hörmət və məhəbbətini çatdırır və ümidvar olduğumu bildirirəm ki, xalqlarımız arasındakı dostluq əlaqələri bundan sonra daha da möhkəmlənəcəkdir.

Əkbər Haşimi-Rəfsəncani əməkçilər qarşısında çıxışında demişdir: Mən bu müəssisə ilə tanışlıqdan sonra bir daha gördüm ki, Azərbaycanda neft sahəsində çox təcrübəli mütəxəssislər və görkəmli alimlər vardır. Yeni inşa olunmuş qurğuda görülən işlər də bunu sübut edir. İran Prezidenti ölkələrimiz arasında neft sahəsində əməkdaşlığın perspektivləri məsələsinə toxunaraq demişdir ki, hər iki tərəf bu imkanlardan istifadə olunmasına qarşılıqlı səy göstərməlidir.

Əkbər Haşimi-Rəfsəncani zavodda mehribanlıqla qarşılandığına görə əmək kollektivinə minnətdarlığını bildirmiş və demişdir ki, İran Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır və bu istiqamətdə mühüm addımlar atılacaqdır.

X X X

ƏMƏKDAŞLIĞIN MÜHÜM VASİTƏSİ

İran İslam Respublikasının Prezidenti Əkbər Haşimi-Rəfsəncani dünən İran Milli Bankının

Bakı şöbəsində olmuş, fəxri qonaqlar kitabında bu sözləri yazmışdır: “İran Milli Bankının Bakı şöbəsinin açılmasından məmnun olduğumu bildirirəm. Əminəm ki, bu bank iki ölkə arasında ticarətin genişlənməsinə kömək edəcəkdir”.

Dünyanın 22 ölkəsində təmsil olunan bu məşhur bankın Bakı şöbəsi 9 aydır ki, fəaliyyətə başlamışdır. Qısa müddətdə o, iki qonşu ölkə arasında iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsinə sanballı kömək göstərmişdir.

Mehribanlıqla qarşılanan İran dövlətinin başçısı Əkbər Haşimi-Rəfsəncani və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran Milli Bankı Bakı şöbəsinin əməkdaşlarına xeyirxah işlərində uğurlar arzulamışlar.

X X X

QOSPİTALDA GÖRÜŞ

İran İslam Respublikasının Prezidenti Əkbər Haşimi-Rəfsəncani və onu müşayiət edən rəsmi şəxslər dünən Daxili İşlər Nazirliyinin mərkəzi hərbi qospitalında olmuşlar. Qonaqların qospitala gəlişi təsadüfi deyildi: indiyədək cəbhələrdə yaralanmış onlarca azərbaycanlı döyüşçü İran hökumətinin köməyi ilə Tehran, Rəşt və Təbriz xəstəxanalarında müalicə olunaraq Vətənə qayıtmışdır. Hazırda daha beş nəfər yaralı döyüşçü qonşu ölkədə müalicə olunur.

İran dövlətinin rəhbəri qospitalda yaralı əsgərlərlə səmimi görüşüb, onların səhhəti ilə maraqlanmışdır. O, müharibənin davam etməsinə təəssüfləndiyini söyləyərək ümidvar olduğunu bildirmişdir ki, haqq, ədalət öz yerini tutacaqdır. İran Prezidenti qeyd etmişdir ki, biz bundan sonra da Azərbaycandan yaralı əsgərləri müalicə üçün qəbul etməyə hazırıq.

Ali qonaqla birlikdə qospitala gələn Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yaralılara göstərilən qayğıya görə qonşu dövlətin Prezidentinə təşəkkürünü bildirmişdir.

Qonaqlar qospitalda müalicə olunan hər bir yaralıya Qurani-Kərim təqdim etmiş, 30 min rubl məbləğində pul və ərzaq məhsulları vermişlər.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib