DÜNYA
İRAQDA ÖLKƏNİN ÜZGÜÇÜLÜK ÜZRƏ MİLLİ YIĞMA KOMANDASI QARƏT EDİLMİŞDİR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, İraqda naməlum silahlı şəxslər ölkənin üzgüçülük üzrə yığma komandasının üzvlərinə hücum edərək, onları soymuşlar. Bunu komandanın məşqçisi Abd Muxeybis bildirmişdir.
Onun sözlərinə görə, avtobuslarla qonşu Küveytdən təlim-məşq toplanışından qayıdan komanda Bağdaddan 300 km cənubda silahlı adamlar tərəfindən saxlanılmışdır. Həmin adamlar onları müqavimət göstərəcəkləri təqdirdə öldürməklə hədələmişlər.
Yığma komandanın üzvləri beş saat quldurların əlində qalmışlar. Quldurlar onları soyduqdan sonra buraxmışlar.
Komandanın üzvləri Küveytə 22 ərəb ölkəsindən olan idmançıların iştirakı ilə gələn ay Əlcəzairdə keçiriləcək Ümumərəb Olimpiya oyunlarına hazırlaşmağa getmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]