Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İRLANDİYANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM MERİ MAKALİSƏ

Hörmətli xanım Prezident, 

Ölkənizin milli bayramı – Müqəddəs Patrik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı qarşılıqlı surətdə faydalı əməkdaşlığımız üçün geniş imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin