İDMAN


İRNA: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edib

Tehran, 21 may AZƏRTC

İranın İRNA xəbər agentliyi IV İslam Həmrəylik Oyunlarını diqqət mərkəzində saxlayır. Bu gün agentlik Bakıda keçirilən bu beynəlxalq idman tədbiri haqqında növbəti materialını yayıb.

Agentlik qeyd edir ki, İran idmançıları bu yarışlarda 60-dan çox medal qazanıblar. Atletlər idmanın ağırlıqqaldırma, atıcılıq, cüdo, karate, gimnastika növlərində fərqləniblər. Bununla yanaşı, İranın kişilərdən ibarət voleybol komandası da finala çıxıb. İran voleybolçuları finalda Azərbaycanın komandası ilə qarşılaşacaq.

Diqqətə çatdırılır ki, 54 ölkənin idmançılarının qatıldığı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub. Yarışların keçirildiyi bütün idman arenaları müasir standartlara cavab verir. İdmançıların asudə vaxtları səmərəli təşkil edilib. Onlar Bakının gözəl yerləri ilə tanış olurlar.

Qeyd olunur ki, yarışlar davam edir və İran idmançıları yenə də medal qazanmaq şansına malikdirlər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.