CƏMİYYƏT


İRNA-nın rəhbəri Mətbuat Şurasında olub

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

İran İslam Respublikasının İRNA İnformasiya Agentliyinin rəhbəri Mohəmməd Xoddadi Azərbaycan Mətbuat Şurasında olub.

Şuradan AZƏRTAC-a bildiriblər ki, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə qonağa məlumat verən sədr, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan jurnalistlərinin özünütənzimləmə orqanı olan Mətbuat Şurasının dünyanın bir çox nüfuzlu media təşkilatları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O bildirib ki, beynəlxalq əməkdaşlığa müxtəlif ölkələrin aparıcı kütləvi informasiya vasitələri ilə ikitərəfli münasibətlər də daxildir.

“İran və Azərbaycan xalqları arasında möhkəm tarixi bağlar var. Bu bağlılıq İran və Azərbaycan dövlətlərinin hazırkı əlaqələrində də əsas məqamı təşkil edir. Hazırda əlaqələr çox yüksək səviyyədədir və mövcud durumda hər iki ölkənin media qurumlarının bir-birinə yaxın olması son dərəcə faydalıdır”, - deyə Ə.Amaşov əlavə edib.

Görüşdə iranlı və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması, bu xüsusda digər müxtəlif tədbirlərin həyata keçirilməsi yolları ətrafında müzakirələr aparılıb.

İRNA xəbər agentliyinin rəhbəri Mohəmməd Xoddadi rəhbərik etdiyi agentliyin əməkdaşlığa hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

Tərəflər, həmçinin Xəzər dənizi ölkələri jurnalistlərinin regional görüşlərinin keçirilməsi məsələsinə də toxunub, mövcud istiqamətdə birgə təşəbbüsün qaldırılması ilə bağlı razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.