SİYASƏT


İRNA xəbər agentliyi Ermənistan hərbiçilərinin azərbaycanlı dinc sakinləri qətlə yetirməsindən yazıb

Tehran, 6 iyul, AZƏRTAC

İranın İRNA xəbər agentliyi Ermənistanın ordusunun Azərbaycanla təmas xəttində atəşkəs rejimini pozması və nəticədə mülki əhalinin qətlə yetirilməsi barədə xəbər yayıb.

Xəbərdə deyilir ki, Ermənistan ordusu Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini artilleriya atəşinə tutub. Artilleriya atəşi nəticəsində 2 yaşlı Azərbaycan vətəndaşı Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyeva (Quliyeva) öldürülüb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.