Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

ISESCO-nun Baş Konfransına növbəti üç ildə Azərbaycan sədrlik edəcək
Baş Konfransın XII sessiyası işini plenar iclaslarla davam etdirib

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası çərçivəsində birinci plenar iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə təqdim edilmiş sənədlər, proqram layihəsi, Baş Konfransın bürosunun tərkibi təsdiq olunub.

İclasda ISESCO-nun Baş Konfransının əvvəlki sədri Səudiyyə Ərəbistanı olduğundan tədbirdə bu ölkənin ali təhsil məsələləri nazirinin müavini Muhəmməd İbn Abdulləziz əl-Buhali çıxış edərək ötən müddət ərzində həyata keçirilmiş layihələr barədə məlumat verib.

Bildirilib ki, ISESCO-nun reytinqi getdikcə yüksəlir və təşkilat dünyanın aparıcı qurumlarından birinə çevrilir. Bu bir daha göstərir ki, təşkilat davamlı şəkildə öz məqsədlərinə nail olur. “Müasir dünyada müsəlmanlar sözsüz ki, islam həmrəyliyini daha da gücləndirməlidirlər. Dünyanın bir çox yerlərində İslama qarşı təcavüzlər özünü göstərir. ISESCO-ya üzv olan ayrı-ayrı dövlətlərə də dəstək vermək lazımdır. Biz bununla ümumi islam həmrəyliyini, islam hərəkatını dəstəkləmiş olacağıq. Biz gələcək nəsillərin layiqli, azad, təhlükəsiz və sülh şəraitində yaşaması üçün əlimizdən gələni edirik. ISESCO-nun əlində bu cür gələcəyin formalaşdırılması üçün zəruri olan vasitələr var”, - deyə Muhəmməd İbn Abdulləziz əl-Buhali vurğulayıb.

Sonra Muhəmməd İbn Abdulləziz əl-Buhali sədrliyi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təhvil verib. Bununla da Azərbaycanın növbəti üç ildə ISESCO Baş Konfransına sədrlik edəcəyi təsdiqlənib.

ISESCO-nun İcraiyyə Şurasının sədri Bubakar Dukure çıxışında bildirib ki, Azərbaycan xeyli nailiyyətlər əldə edib və böyük sıçrayışla inkişaf edib. Bu da Prezident İlham Əliyevin səylərinin nəticəsidir.

İcraiyyə Şurasının ötən sessiyalarında bir sıra mühüm məsələlərin müzakirə olunduğunu bildirən Bubakar Dukure deyib: “Əsas məsələlərdən biri də 2016-2017-ci illər üçün büdcə və fəaliyyət planının təsdiq olunmasıdır. Bundan sonra ISESCO-nun rolu daha da gücləndirilməlidir. Gələcəkdə həmrəylik ənənələrinin İslam dünyası daxilindəki rolunu artırmaq işləri də davam etdiriləcək”.

Plenar iclasda çıxış edən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mədəni, sosial və ailə məsələləri üzrə direktorluğunun rəhbəri Mehla Ahmed Talebna deyib ki, müsəlmanlar üçün elm və təhsil imkanlarının genişləndirilməsi ISESCO-nun fəaliyyət dairəsinə aid olan məsələdir: “Hazırda bütün ölkələrin üzləşdiyi böhran şəraitində müsəlmanlara qarşı ayrı-seçkiliklə bağlı çox ciddi narahatlıq var. Bununla bağlı mühüm tədbirlər görülməlidir və müvafiq qətnamələr qəbul olunub. Bu yolla tolerantlığı da dəstəkləmiş olacağıq. Biz haqsızlıqlarla mübarizə aparıb inkişafı təmin etməliyik. Mədəniyyət, təhsil və elm bu işdə mühüm vasitədir. Ona görə də İƏT üzv ölkələrlə əməkdaşlığa xüsusi önəm verir”.

O, İslam Əməkdaşlıq Təşkilatının bu görüşə öz töhfəsinin verəcəyini deyib.

Sonra ISESCO ilə əməkdaşlığın inkişafına göstərdiyi xidmətlərə görə bir sıra üzv dövlətlərin yüksək vəzifəli şəxslərinə, o cümlədən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə mükafatlar təqdim edilib.

İclas Ə.Qarayevin sədrliyi ilə davam edib. Nazir ISESCO-nun mühüm layihələrində iştirak edən Azərbaycanın bundan qürur duyduğunu vurğulayıb.

İclasda iştirakçı ölkələrin yekdil qərarı ilə Əbdüləziz Osman əl-Tuveycri yenidən ISESCO-nun Baş direktoru seçilib.

Göstərilən etimada görə təşəkkürünü bildirən Əbdüləziz Osman əl-Tuveycri deyib: “Bu işi davam etdirmək mənim üçün böyük qürurdur. Komandamız bu illər ərzində İslam dünyasında aparılan birgə işlərə xüsusi diqqət yetirir. Sözsüz ki, hədəflərə, məqsədə nail olmaq yolunda müəyyən problemlərlə rastlaşırıq. Lakin buna baxmayaraq öz vəzifəmizin öhdəsindən layiqincə gəlməyə çalışırıq”.

Plenar iclasda Əfqanıstan, Qətər, İran, Bəhreyn, Qvineya, Tunis, Oman, İordaniya, Mərakeş, Misir və Fələstin təmsilçiləri çıxış edərək ISESCO-nun tədbirinə ev sahibliyi etdiyinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirib, qarşıdakı üç il üçün nəzərdə tutulmuş tədbirlər planını üzv ölkələr üçün yol xəritəsi adlandırıblar.

Çıxışlarda İslam dünyasının üzləşdiyi problemlər, ekstremizmə, islamofobiyaya qarşı birgə mübarizə yolları, müsəlman ölkələrinin inkişafı naminə görülməsi vacib məsələlər müzakirə olunub. Qeyd edilib ki, ISESCO müsəlmanları narahat edən məsələlərin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.

İclasda təkliflər də səsləndirilib. Təkliflərdən biri ISESCO-nun regional nümayəndəliklərinin yaradılması ilə bağlı olub.

Sonra sessiya işini ikinci plenar iclasla davam etdirib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən ikinci plenar iclasda qurumun fəaliyyəti geniş müzakirə olunub.

Əvvəlcə ISESCO-nun İcraiyyə Şurasının sədri Bubakar Dukure gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirilib ki, iclasda Baş direktorun hesabatı, tədbirlər planının təsdiqlənməsi və digər məsələlər müzakirə ediləcək. Baş Konfrans artıq hesabatla tanış olub və onu təsdiqləyib.

ISESCO-nun 2016-2018-ci illər üçün Tədbirlər Planının hazırlanaraq nəzərdən keçirildiyini diqqətə çatdıran Bubakar Dukure bu sənəddə nəzərdə tutulan müddəaların İslam ölkələrinin inkişafına, onlar arasında əməkdaşlığın və həmrəyliyin genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

İcraiyyə Şurasının sədri tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Sonra ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin təşkilatın 2012-2014-cü illər üzrə fəaliyyəti ilə bağlı hesabatı dinlənilib. Baş direktor bildirib ki, ISESCO-nun gördüyü işlər üzv ölkələrin fəaliyyətində əksini tapıb. O, Mərakeş Krallığına nümunəvi əməkdaşlıq və təşkilata göstərdiyi maliyyə yardımına görə təşəkkürünü çatdırıb. Vurğulanıb ki, təşkilat fəaliyyətini daha da genişləndirməyi qarşıya məqsəd qoyub. Bu fəaliyyət bəşəri dəyərlərin qorunması, biosferin mühafizəsi, elmi tədqiqatların aparılması, sosial sahələrdə əməkdaşlıq və digər məsələləri əhatə edir.

Baş direktor qeyd edib ki, təşkilat hesabat dövründə mədəniyyət sahəsi üzrə 304, əməkdaşlıq, münasibətlərin qurulması üzrə 352, informasiya texnologiyaları üzrə 313 fəaliyyət həyata keçirib. Eyni zamanda, qurum digər sahələrdə də fəaliyyətini genişləndirib. ISESCO beynəlxalq təşkilatlarla da münasibətlərini inkişaf etdirir. Fəaliyyət dövründə xüsusi ixtisas qrupları yaradılıb, seminarlar, treninqlər keçirilib, müxtəlif sahələr üzrə mütəxəssislər tədqiqatlara cəlb edilib. Təşkilata üzv dövlətlərdə təhsil sahəsində 200-dən çox tədbir keçirilib. Elmi ideyalar, mədəni müxtəliflik, sosial sahələri əhatə edən 200-dən artıq layihə reallaşdırılıb. Təşkilatın nəşrləri işıq üzü görüb, QHT sektoru və İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr gücləndirilib.

Hesabat ISESCO-ya üzv ölkələr tərəfindən təsdiqlənib. Sənəddə əks olunan fəaliyyətlərin üzv ölkələrin inkişafına müsbət təsiri qeyd edilib.

Sonra nümayəndə heyətlərinin çıxışları dinlənilib. Misir, Somali, Uqanda, Pakistan, Banqladeş, Niger dövlətlərinin nümayəndələri fikir və təkliflərini irəli sürüblər. Qeyd olunub ki, təşkilat bəzi İslam dövlətlərinə daha çox dəstək göstərməli, bu ölkələrə yardım artırılmalıdır.

Mavritaniya nümayəndəsi ölkəsinin Azərbaycanla əlaqələrin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb. Somali Federal Respublikasının təmsilçisi təhsil sektorunun dəstəklənməsi üzrə donor konfransı layihəsi barədə məruzə ilə çıxış edib və layihə üzv ölkələr tərəfindən təsdiqlənib. Dinləmələrdə insan haqları, təhsil sistemi, elmi və mədəni əlaqələr mövzularında təkliflər də səslənib.

Pakistan nümayəndəsi çıxışı zamanı Dağlıq Qarabağ probleminin həllinə və digər müsəlman ölkələrində münaqişələrin nizamlanmasına diqqətin artırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, ISESCO davamlı sülhün bərqərar olması üçün bütün imkanlardan istifadə etməli və bu istiqamətdə fəaliyyətini gücləndirməlidir.

Çıxış edənlər tədbirin təşkilində göstərilən dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlıqlarını bildiriblər. Eyni zamanda, Azərbaycanın Baş Konfransa uğurla sədrlik edəcəyinə inam ifadə olunub.

Sessiya çərçivəsində keçirilən üçüncü plenar iclasda Maldiv, Qazaxıstan, Qayana, Mali, Toqo, Cənubi Afrika Respublikası, Sudan və Seneqal təmsilçiləri çıxış edərək ölkələri ilə ISESCO arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıblar və bu münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı arzularını ifadə ediblər. Qeyd olunub ki, bu ölkələr müxtəlif regionlarda yerləşsə də, problemləri eynidir. Xüsusilə bu, təhsil sahəsində özünü daha qabarıq büruzə verir. Odur ki, həmin ölkələrin təhsil sistemləri müasirləşdirilməli, tədris proqramlarına yeniliklər gətirilməli, təhsil alan gənclərin sayı artırılmalıdır. Ən başlıca məsələlərdən biri təhsil prosesində informasiya kommunikasiya texnologiyalarının tətbiq olunmasıdır. Eyni zamanda, qadınların bütünlüklə təhsilə cəlb edilməsinin, məktəblərdə ərəb dilinin tədrisinin vacibliyi diqqətə çatdırılıb.

Vurğulanıb ki, bəşəriyyəti sülhə, mehriban və dinc yaşamağa çağıran islami dəyərlərin elm və təhsil yolu ilə təşviq edilməsi də böyük fayda verə bilər. Buna isə ISESCO-ya üzv dövlətlərin sıx əməkdaşlığı və səylərini birləşdirməsi sayəsində nail olmaq mümkündür.

İclasda, həmçinin İslam sivilizasiyasının gücləndirilməsi, dini tarixi abidələrin qorunması üçün birgə səylər göstərməyin vacibliyi də qeyd edilib.

Çıxış edənlər ISESCO Baş Konfransının 12-ci sessiyasının Bakıda yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Belə bir inam ifadə olunub ki, Azərbaycanın Baş Konfransa sədrliyi daha səmərəli fəaliyyətlə müşayiət ediləcək, yeni uğurlara imza atılacaq.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva deyib: “Yaşadığımız dünyada çoxsaylı münaqişələr baş verir, dini və etnik ayrı-seçkiliyin, islamofobiyanın şahidi oluruq. Hazırda dünyada sülh tez-tez təhlükəyə məruz qalır. Son dövrlərdə xüsusilə də ISESCO-ya üzv olan Yaxın Şərq regionu dövlətlərində siyasi kataklizmlər, münaqişələr, müharibələr baş verir. Habelə günahsız insanlar terrorun qurbanı olur, öz yurd-yuvalarından didərgin düşürlər. Belə bir zamanda, çox təəssüf ki, qədim mədəni abidələrin dağılmasının da şahidi oluruq. İqtisadi böhranın hökm sürdüyü bir vaxtda bu problemlərin həll edilməsi ayrı-ayrı dövlətlərin, eləcə də bütün beynəlxalq təşkilatların vəzifəsidir. Türk Mədəniyyəti və İrsi Fondunun missiyalarından biri də budur. Bu Fonda üzv ölkələrdə əhalinin əksəriyyəti İslam dininə sitayiş edir. Beləliklə, türk mədəniyyəti İslam mədəniyyətinin və mədəni irsinin zəngin bir hissəsidir. Fondun qarşısına qoyduğu əsas məqsəd mədəni abidələrin qorunması, bərpası, təşviqi, eləcə də qeyri-maddi mədəni irs nümunələrinin müxtəlif proqram və layihələr vasitəsilə təbliğ edilməsidir”.

Türk Mədəniyyəti və İrsi Fonduna üzv dövlətlərin bir-birinə tarixi dini və mədəni köklərlə bağlı olduğunu bildirən G.Əfəndiyeva qeyd edib ki, bu dövlətlərlə ISESCO arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Astanada “Ənənəvi dinlər və dünya liderlərinin” konqresi, Bakıda “Qızların təhsilinin təşviq edilməsi: hazırkı vəziyyət, çağırışlar və gələcək perspektivlər” mövzusunda, habelə terrorizmin qarşısının alınması üçün əməkdaşlığa dair beynəlxalq konfranslar keçirilib. 2009-cu ildə Bakı şəhəri, 2015-ci ildə Almatı şəhəri İslam Mədəniyyəti paytaxtları elan edilib. Bununla yanaşı, 2018-ci ildə Naxçıvan şəhəri İslam Mədəniyyəti Paytaxtı elan olunub.

G.Əfəndiyeva ISESCO-nun xoşməramlı səfiri adına layiq görülmüş Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəni irsin qorunmasında böyük xidmətlər göstərdiyini vurğulayıb.

“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində saysız-hesabsız mədəni və tarixi abidələr, dini məbədlər, kitabxanalar, qəbiristanlıqlar, türbələr, habelə Ağdamın Çörək Muzeyi kimi nadir abidələr məhv edilib. Çörək milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs üçün müqəddəs nemət hesab olunur. Çörək və çörək məmulatları, əkinçilik alətləri, onların tarixini əks etdirən belə bir muzeyin dağıdılması bəşəri faciədir”, - deyə G.Əfəndiyeva bildirib.

ISESCO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, həmçinin Qafqazda və Yaxın Şərq regionunda sülhün tezliklə bərpa olunmasına ümid etdiyini söyləyib. Qeyd edib ki, İslam xalqları, İslam dövlətləri bütün dünyanı öz təhsili, elmi, mədəniyyəti ilə fəth etməli və nə qədər sülhsevər olduqlarını bir daha göstərməlidirlər.

Plenar iclas ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin yekun nitqi ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir