İQTİSADİYYAT
ISESCO-nun baş direktoru: Azad ticarət zonası Azərbaycanın önəmli təşəbbüslərindəndir
Bakı, 6 may, Elvin Camalov, AZƏRTAC
Azad ticarət zonası Azərbaycanın önəmli təşəbbüslərindəndir.
Bunu IV Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, azad ticarət zonası ticarətlə bağlı məhdudiyyətlər və vergilər olmadan ticarətin həyata keçirildiyi məkandır. Azərbaycanın bu sahədə göstərdiyi təşəbbüs nəticəsində yeni iş yerləri təmin ediləcək, dünyadakı investorlar ölkəyə cəlb olunacaq. Bütün bunlar ölkə iqtisadiyyatının inkişaf etdirilməsi deməkdir.
Baş direktor qeyd edib ki, Azərbaycanın siyasəti hər zaman açıq olub və hər hansı ideologiya ilə məhdudlaşmır. Biz burada səmərəli tərəfdaşlığa söykənən canlı iqtisadi prosesi müşahidə edirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]