DÜNYA


İŞİD İraqın Ənbər vilayəti istiqamətində hücumlara başlayıb

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC 

İraqın Ənbər vilayəti administrasiyasının başçısı Sabah Karxut Ər-Rutb şəhərini İŞİD terror qruplaşmasının hücumlarından qorumaq üçün hökumətdən təcili hərbi kömək istəyib. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, oktyabrın 23-də İŞİD döyüşçüləri şəhərə üç istiqamətdən hücuma keçiblər. Döyüşlər nəticəsində 30 əsgər həlak olub, 20 terrorçu məhv edilib. Son məlumatlara görə, Ər-Rutb uğrunda döyüşlər hələ də davam edir.

Yerli analitiklər hesab edirlər ki, İŞİD-in bu hücumu İraqın əsas hərbi qüvvələrini Mosul əməliyyatından yayındırmaq məqsədi güdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.