DÜNYA


İŞİD Nitsada baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

A+ A

Bakı, 16 iyul, AZƏRTAC

İŞİD qruplaşması iyulun 14-də Fransanın Nitsa şəhərində baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Qeyd edək ki, iyunun 14-də axşam saatlarında Fransanın Nitsa şəhərində sürücü yük avtomobilini milli bayram şənliyi ilə əlaqədar atəşfəşanlıqdan qayıdan minlərlə insanın üzərinə sürüb. Şahidlərin ifadəsinə görə, yük maşını dayanmadan ziqzaqvari hərəkət edərək təxminən 2 kilometr məsafədə insanları əzib. Bundan sonra terrorçu polis əməkdaşları ilə atışmağa başlayıb və öldürülüb.

Hadisə nəticəsində 84 nəfər həlak olub, 200 nəfərə qədər insan yaralanıb. Həyatını itirənlər arasında xarici ölkə vətəndaşlarının da olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.