DÜNYA


İŞİD-ə qarşı koalisiyanın komandiri: Bu zəfər İŞİD-i bitirməz və qaşıda daha çətin döyüş var

Bakı, 11 iyul, AZƏRTAC

İŞİD-ə qarşı koalisiyanın komandiri Stefan Tovnsend Mosulun terror təşkilatından azad edilməsinə münasibət bildirərkən, “bu zəfər İŞİD-i bitirməz və qaşıda daha çətin döyüş var” deyib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın adından yayılan açıqlamada Mosulun İŞİD-dən azad olunması münasibətilə İraq silahlı qüvvələrinə təbriklər ünvanlanıb. Qeyd olunub ki, Mosul tamamilə İraq əsgərlərinin əlinə keçib. Lakin bəzi məhəllələrdə və evlərdə partlayıcıların və İŞİD üzvlərinin təmizlənməsi davam etdirilir:

“Mosul uğrunda döyüşlər ordu üçün çətin müharibə idi və koalisiya bu ağır döyüşlərdə qazandığı zəfərlərini qeyd edən iraqlı ortaqlarının yanında olmaqdan qürur duyur”.

Açıqlamada bildirilir ki, İŞİD İraqın bir çox bölgəsində varlığını hələ də sürdürür. Koalisiya qüvvələri İŞİD terror təşkilatına qarşı mübarizədə bundan sonra da İraqın yanında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.