DÜNYA


İŞİD hədələyir: Avropanın bütün aeroportlarında terrorçuların əlaltıları yerləşdirilib

A+ A

Bakı, 27 mart, AZƏRTAC

Terrorçular praktiki olaraq Avropa İttifaqının bütün aeroportlarında öz əlaltılarını yerləşdiriblər. Bunu ABŞ radiostansiyasına müsahibəsində İŞİD liderlərindən biri olan Əbu əl-Ənsari bildirib.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Əbu əl-Ənsari İŞİD-in adamlarının hətta Avropanın bir sıra strateji obyektlərinin təhlükəsizlik xidmətlərinə nüfuz etdiyini təsdiqləyib.

Bir qədər əvvəl KİV-də məlumat yayılmışdı ki, terrorçu-kamikadze Bakrui qardaşları vaxtilə Brüssel aeroportunda xidmətçi işləyiblər. Yunanıstan mediası isə polis idarəsindəki mənbəyə əsaslanaraq bildirmişdi ki, terrorçularda Brüssel aeroportunun müfəssəl planı çoxdan olub. Həmin plan bir il əvvəl Paris hücumunun təşkilatçısı Abaudun Afinada qaldığı mənzildə aşkarlanmışdı.

Belçika polisi niyə həmin məlumatları nəzərə almayıb? Prokurorluq hazırda bunu aydınlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.