DÜNYA


İŞİD-in “neft naziri” öldürülüb

Bakı, 5 dekabr, AZƏRTAC

İraq xüsusi təyinatlıları Mosul yaxınlığındakı Naynava əyalətində İŞİD terror qruplaşmasının “neft naziri”ni zərərsizləşdiriblər. Bu barədə bazar ertəsi günü İraqın terrorizmlə mübarizə idarəsi məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, idarənin məlumatına görə, məhv edilən terrorçu Ashad Abu Azam adlı şəxsdir. Bir müddət əvvəl Mosul əməliyyatının gedişində İŞİD liderlərindən daha biri – qruplaşmanın “informasiya naziri də öldürülmüşdü.

İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD yaraqlılarından azad olunması əməliyyatı oktyabrın 17-dən davam edir. Eyni vaxtda ölkənin bir neçə güc strukturu tərəfindən aparılan əməliyyata ABŞ başda olmaqla, beynəlxalq koalisiyanın aviasiyası fəal dəstək verir. Şəhərə şimal və şərq istiqamətindən hücum edən ordu və antiterror birləşmələri bir sıra məhəllələrə daxil ola bilib. Cənubdan şəhərə doğru İraq federal polisinin dəstələri irəliləyir. Şiə könüllülərinin üzərinə isə strateji cəhətdən mühüm əhəmiyyətə malik Tal-Afar şəhərini terrorçulardan təmizləmək və Mosulda yerləşən yaraqlıların təchizat yollarını kəsmək vəzifəsi düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.