DÜNYA


İŞİD lideri Mosuldan qaçıb

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

İraq ordusu İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin Mosuldan qaçdığına dair məlumat yayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl hərbçilər Mosul əməliyyatının gedişində iki mindən çox İŞİD yaraqlısının öldürüldüyünü bildiriblər. Kəşfiyyatdakı mənbələr Əbu Bəkr əl-Bağdadinin qaçışı barədə məlumatı təsdiqləyib. İraq Silahlı Qüvvələri mətbuat xidmətinin açıqlamasına görə, Bağdadi aviasiya zərbələrindən yayınmaq üçün 150 ailəni də özü ilə aparıb.

Xatırladaq ki, Mosulun İŞİD yaraqlılarından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyat ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviasiya dəstəyi ilə həyata keçirilir. 2014-cü ildən İŞİD-in nəzarətində olan Mosul qruplaşmanın İraqdakı əsas dayaq məntəqəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.