DÜNYA


İŞİD qruplaşması Əbu Ömər əş-Şişaninin öldüyünü təsdiq edib

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

İŞİD qruplaşması liderlərindən biri Əbu Ömər əş-Şişani kimi tanınan Tərxan Batiraşvilinin (Çeçen) həlak olmasını təsdiqləyib. Onun İraq ərazisində, İŞİD-in nəzarətində olan Şirkat şəhəri uğrunda gedən döyüşlərdə öldürüldüyü bildirilir.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, İraq hökuməti hələ ki bu informasiyanı rəsmən təsdiq etməyib. Son zamanlar qruplaşmanın “hərbi naziri” sayılan və İŞİD-in hərbi birləşmələrinə başçılıq edən əş-Şişaninin bir neçə dəfə ölüm xəbəri yayılsa da bu məlumatlar sonradan təkzib edilib.

Xatırladaq ki, hazırda hərbi əməliyyatların intensivliyini artıran İraq hərbçiləri yaraqlıların əllərində saxladıqları ən böyük şəhər - Mosul istiqamətində irəliləməyə davam edir. Hökumət qüvvələri bu istiqamətdə yerləşən Şirkat şəhərini demək olar ki, tam mühasirəyə almağı bacarıb. Keçən həftə onlar İŞİD yaraqlılarını Mosulun şimalında yerləşən aviabazadan çıxara biliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.