DÜNYA
İŞİD qruplaşması tarixi Nimrud şəhərinin qalıqlarını məhv edib
Bakı, 6 mart, AZƏRTAC
İŞİD yaraqlıları qədim mədəniyyət abidələrini dağıtmaqda davam edirlər.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bu dəfə terrorçu qruplaşma tərəfindən İraq ərazisindəki tarixi Nimrud şəhərinin xarabalıqları dağıdılıb.
Nimrud şəhərinin əsası Mesopotamiyada, bizim eradan əvvəl XIII əsrdə qoyulmuşdu. Dörd yüz ildən sonra şəhər qədim Assuriya dövlətinin paytaxtına çevrilmişdi. XIX əsrin ortalarından başlayaraq Mosuldan 35 kilometr aralıda yerləşən bu şəhərin xarabalıqlarında aparılan arxeoloji qazıntılar zamanı bir sıra önəmli tapıntılar üzə çıxmışdı.
Qeyd edək ki, martın 6-da İŞİD yaraqlıları tərəfindən “bütlərlə mübarizə” adı ilə İraqın şimalında yerləşən Mosul şəhərinin tarix muzeyindəki abidələrin dağıdılmasının sübutu olan video görüntülər yayılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]