DÜNYA


İŞİD yaraqlıları Kərkükdə 17 dinc sakini öldürüb

A+ A

Bakı, 12 dekabr, AZƏRTAC

İŞİD terror qruplaşmasının yaraqlıları İraqın Kərkük vilayətinin Əl-Xuveycə şəhəri yaxınlığındakı düşərgədə 17 dinc sakini qətlə yetiriblər.

AZƏRTAC xəbər verir ki, Al Sumaria telekanalının yaydığı məlumata görə, sakinlər casusluq və hökumət qüvvələri ilə əməkdaşlıq etdikləri üçün cəzalandırılıb. Edam qərarı terrorçuların şəhərdə yaratdıqları “şəriət məhkəməsi” tərəfindən çıxarılıb.

Əl-Xuveycə şəhəri də daxil olmaqla, Kərkük vilayətinin cənub-qərb əyalətləri 2014-cü ilin iyunundan İŞİD-in nəzarəti altındadır. O vaxtdan indiyədək həmin ərazilərdən 150 mindən çox insan hökumət qüvvələrinin nəzarət etdikləri yerlərə qaçıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.