DÜNYA
İŞİD yaraqlıları ötən həftə Mosulda 232 nəfəri qətlə yetiriblər
Bakı, 28 oktyabr, AZƏRTAC
İŞİD terror qruplaşmasının yaraqlıları ötən həftə İraqın Mosul şəhərində və onun ətrafında 232 nəfəri edam ediblər. Bu barədə məlumat BMT tərəfindən yayılıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, qətlə yetirilənlərin 190 nəfəri İraq təhlükəsizlik qüvvələrinin sabiq əməkdaşlarıdır. Yerdə qalan 42 nəfər isə qruplaşmanın sıralarına qoşulmaqdan imtina etdiklərinə görə öldürülüb.
Xatırladaq ki, Mosulun İŞİD yaraqlılarından azad edilməsi əməliyyatına oktyabrın 17-də başlanılıb. Əməliyyat ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın havadan və qurudan dəstəyi ilə həyata keçirilir. 2014-cü ildən İŞİD-in nəzarətində olan Mosul qruplaşmanın İraqdakı paytaxtı hesab edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]