CƏMİYYƏT
İSİM-in əməkdaşları palliativ yardımla bağlı beynəlxalq təcrübəni öyrənirlər
Bakı, 26 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Azərbaycanda Ambulator və Stasionar Palliativ Yardım xidmətinin yaradılmasında beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Moldovaya təcrübə səfərinə ezam ediliblər. Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən seminar və görüşlərdə İSİM-in səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov, ilkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov iştirak edirlər.
İSİM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iştirakçılara Moldovanın palliativ akkreditasiya sistemi, o cümlədən palliativ yardımla məşğul olan həkimlərin lisenziyalaşdırılması barədə məlumatlar verilib. Eyni zamanda, ölkədə həyata keçirilən 3 palliativ yardım xidməti – xəstəxana daxilində stasionar palliativ yardım, hospis və evdə palliativ yardımla bağlı geniş təqdimatlar edilib.
İştirakçıların bir neçə hospisə və uşaqlara palliativ yardım göstərən mərkəzlərə getməsi də nəzərdə tutulur.