CƏMİYYƏT


İSİM-in nümayəndəsi “3-cü Beynəlxalq İctimai Səhiyyə İdarəetməsinin İnkişaf Proqramı” təlimində iştirak edib

Bakı, 3 aprel, AZƏRTAC

Hindistanın Çandigarh şəhərində Texniki və İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində Diplomdan sonrakı Tibbi Təhsil və Tədqiqat İnstitutunun “3-cü Beynəlxalq İctimai Səhiyyə İdarəetməsinin İnkişaf Proqramı” təlimi keçirilib.

AZƏRTAC xəbər verir ki, 21 ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə səhiyyədə menecment prinsipləri, ictimai səhiyyə kommunikasiyası və ictimai vəkillik, maliyyə menecmenti, büdcə təşkili, ümumi keyfiyyət üzrə menecment, monitorinq və tərtib olunan fəaliyyət planının qiymətləndirilməsi, insan resursları üzrə planlama və digər məsələlər müzakirə olunub.

Təlimdə ölkəmizi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Monitorinq və Təhlil şöbəsinin müdir müavini Xatirə Hüseynova təmsil edib.

Hindistanın Şimla şəhərinə təlim iştirakçılarının tanışlıq turunda “Ümumdünya vərəmlə mübarizə günü”nə həsr olunmuş tədbirdə həmyerlimizin “Həmrəy olaq, vərəmə son qoyaq” şüarı maraqla qarşılanıb. Sonra Himacal Pradeş vilayətinin Səhiyyə Naziri Kaul Singh Thakurun iştirak etdiyi vərəmlə mübarizəyə həsr olunmuş yürüş keçirilib.

Beş gün davam edən təlimdə müzakirə olunan mövzulara uyğun olaraq tapşırıqlar verilib. Təlim ıştirakçılarına əldə etdikləri bilik və bacarıqların təcrübədə tətbiqinə dair fəaliyyət planı hazırlayıb təşkilatçılara göndərmək tapşırılıb. Verilən tapşırıqlarlara əsasən hesabatlar bu il sentyabrın axırınadək təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.