İQTİSADİYYAT


İŞKART ilə ödəniş edənlərə E-PUL.az-dan üçqat bonus hədiyyə

Bakı, 11 iyul, AZƏRTAC

“Bank of Baku”nun İŞKART – biznes kart sahibləri E-PUL.az onlayn ödəniş portalı vasitəsilə etdikləri ödənişlərə görə üçqat bonus qazanacaqlar.

Bankdan AZƏRTAC-a bildiriblər ki, iyulun 1-dən 31-dək keçirilən kampaniya çərçivəsində İŞKART istifadəçiləri https://www.e-pul.az/ portalında: Kommunal xidmətlər; Mobil operator və telefon şəbəkələri; İnternet və TV provayderlər; digər xidmətlərin ödənişini rahat və sürətli etməklə yanaşı, qazanacaqları bonusların sayını 3 dəfəyə qədər artıra biləcəklər.

İŞKART sahibləri daha sonra yığılmış bonusları real vəsaitə çevirərək E-PUL.az portalındakı növbəti ödənişlərində istifadə edə, xüsusi endirimlər qazana və ya hədiyyələr ala bilərlər.

Qeyd edək ki, kampaniya bank və sığorta xidmətlərinin ödənişinə şamil edilmir.

Kampaniya haqqında daha ətraflı məlumat üçün “Bank of Baku”nun 145 Məlumat Mərkəzi, “E-PUL” sistemi haqqında suallarınıza cavab tapmaq üçün isə portalın *1919 “Qaynar xətti” ilə əlaqə saxlaya bilərsiniz.

Daha ətraflı: 145 məlumat mərkəzi www.bankofbaku.com www.facebook.com/bankofbaku

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.