DÜNYA
İSTANBULDA BİRGƏ FORUM
Fevralın 12-də İstanbulda Avropa Birliyinin (AB) və İslam Konfransı Təşkilatının (İKT) birgə forumu açılmışdır. Məclisdə 71 ölkənin nümayəndələri, o cümlədən 44 xarici işlər naziri iştirak edir. Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Vilayət Quluyev başçılıq edir.
Türkiyənin xarici işlər naziri İsmayıl Cəm bildirmişdir ki, bu cür ilk forumun çağırılması zərurəti 11 sentyabr faciəsindən sonra dünyada baş vermiş dəyişikliklərlə bağlıdır. İstanbul görüşü bəşəriyyəti sülhə, əməkdaşlığa və ahəngdarlığa çağırır.
Avropa Şurasının, ATƏT-in və bir sıra digər beynəlxalq təşkilatların da nümayəndələrinin iştirak etdiyi İstanbul forumunun Yaxın Şərqdə vəziyyətin dincliklə nizama salınması üçün böyük əhəmiyyəti var. İTAR-TASS-ın verdiyi xəbərə görə, forumda ərəb-İsrail münaqişəsinin tənzimlənməsi planını müzakirə etmək nəzərdə tutulur. Bu plana Avropa Birliyinin üzvü olan ölkələrin xarici işlər nazirlərinin bu yaxınlarda keçirilmiş görüşündə baxılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]