Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İSVEÇİN KRALI ƏLAHƏZRƏT XVI KARL QUSTAVA

Əlahəzrət,

İsveç Krallığının milli bayramı – İsveç bayrağı günü münasibətilə Sizi və bütün İsveç xalqını səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-İsveç münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Ümidvaram ki, genişlənməkdə olan əlaqələrimiz ölkələrimiz arasında əsl dostluq və əməkdaşlıq körpüsü salacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveç xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin