ELM VƏ TEXNOLOGİYA


“IT-Planeta” Rusiyada beynəlxalq olimpiada keçirir

A+ A

Moskva, 10 oktyabr, AZƏRTAC 

Rusiya İnformasiya Texnologiyalarının İnkişafı Mərkəzi - “IT-Planeta” informasiya texnologiyaları sahəsində X beynəlxalq olimpiada keçirir.

Oktyabrın 1-dən http://www.world-it-planet.org saytında iştirakçıların qeydiyyatı başlanıb. Olimpiadada ali və orta peşə təhsili müəssisələri qeydiyyatdan keçə bilər. Yarışlarda yaşı 26-dək olan tələbələr və gənc mütəxəssislər biliklərini sınayacaqlar. Rus dilində keçiriləcək yarışlarda iştirak pulsuzdur.

Beş mərhələdən ibarət yarışlar tədris ili ərzində davam edəcək.

Bu il yarışlar “Proqramlaşdırma”, “Mobil platformalar”, “Telekom”, “Hesablama buludları və məlumatlar bazası”, “Sərbəst proqram təminatı və robot texnikası”, “Rəqəmsal yaradıcılıq”, “Avtomatlaşdırılmış informasiya sistemləri” nominasiyalarında keçiriləcək. Olimpiadanın qalibləri üçün istehsalat təcrübəsi keçmək imkanları yaradılacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.