İQTİSADİYYAT


IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalına film qəbulu davam edir

Bakı, 19 iyun, AZƏRTAC

Oktyabrın 11-dən 14-dək Bakıda keçiriləcək IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalında (BBTFF) iştirak etmək üçün son müraciət tarixi sentyabrın 1-ə qədərdir.

AZƏRTAC xəbər verir ki, festivalın münsiflər heyəti sentyabr ayında elan olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. BBTFF Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalın proqramına əsas müsabiqə və müsabiqədənkənar nümayiş daxildir. BBTFF, həmçinin seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında təcrübə mübadiləsini həyata keçirir.

Festival haqqında ətraflı məlumatı www.bitff.az saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.