İDMAN


IV İslam Həmrəylik Oyunlarında iştirakçı ölkələrin sayı 57-yə çata bilər

A+ A

Bakı, 10 dekabr, AZƏRTAC

Gələn il Azərbaycanda təşkil olunacaq IV İslam Həmrəylik Oyunlarında 50 ölkə iştirakını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, ev sahibi Azərbaycan ilə yanaşı, Səudiyyə Ərəbistanı, Niger, İraq, Somali, İran, Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Banqladeş, Türkmənistan, Liviya, Surinam, Tunis, Komor adaları, Əlcəzair, İndoneziya, Pakistan, Fələstin, Fil Dişi Sahili, İordaniya, Türkiyə, Uqanda, Oman, Əfqanıstan, Mərakeş, Malayziya, Albaniya, Cibuti, Qayana, Tacikistan, Bəhreyn, Kamerun, Qvineya-Bisau, Qırğızıstan, Qambiya, Benin, Nigeriya, Qazaxıstan, Maldiv adaları, Mali, Çad, Mozambik, Suriya, Seneqal, Syerra-Leone, Toqo, Qətər, Qabon, Qvineya və Sudan “Bakı-2017”yə qatılacaq.

Ölkələrin sayına görə, Azərbaycan İslam Həmrəylik Oyunları tarixində bir ilkə imza atacaq.

Lakin ölkələrin sayının daha da artması istisna deyil. Bu rəqəm 57-yə çata bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.