İDMAN
IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi media nümayəndələrinin akkreditasiya prosesinin müddətini uzadıb
Bakı, 28 mart, AZƏRTAC
Mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq arzusunda olan media nümayəndələrinin akkreditasiyadan keçmə müddəti rəsmi olaraq uzadılıb.
AZƏRTAC “Bakı-2017”yə istinadla xəbər verir ki, akkreditasiyadan keçmək üçün son tarix ilkin olaraq martın 31-i seçilmişdi. Lakin mətbuat nümayəndələri tərəfindən göstərilən böyük maraq və vaxtın uzadılması ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq həmin tarix aprelin 9-dək uzadılıb.
Akkreditasiya yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya və radio şirkətləri üçün nəzərdə tutulub.
Media nümayəndələri baku2017.com saytının müvafiq bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat toplayıb, akkreditasiya üçün müraciət edə bilərlər - https://www.baku2017.com/az/media/media-akkreditasiyasi.