İDMAN


IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın inkişafının daha bir bariz göstəricisidir

Bakı, 26 may, AZƏRTAC 

Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi respublikanın inkişafından, iqtisadi potensialından və dünya dövlətləri arasında qazandığı etimaddan xəbər verir. Son bir neçə ildə ölkəmiz möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Yüksək səviyyədə təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunları bu mötəbər tədbirlərdən biri olub.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov AZƏRTAC-a bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət hər bir sahədə, o cümlədən idman sahəsində tərəqqiyə yol açır. Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tədbirin yüksək səviyyədə hazırlanıb keçirilməsi baxımından göstərdiyi təşkilatçılıq qabiliyyəti xüsusi qeyd edilməlidir. Bütün bunların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxalq arenada layiqli yer tutduğunu əminliklə söyləyə bilərik.

C.Xəlilov vurğulayıb ki, Azərbaycanda “Multikulturalizm İli”nin məntiqi davamı kimi, cari ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Birliyə, həmrəyliyə, sülhə böyük töhfə olan IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı dünyaya bir daha tanıtdı. Bu əlamətdar tədbir Azərbaycan xalqının sülhsevər, tolerant xalq olmasını nümayiş etdirdi. İdmanın müxtəlif növlərində atletlərimizın qələbəsi, ölkəmizin birinci yeri tutması bütün qeyd edilənlərlə yanaşı, respublikamızın yüksək idman potensialına malik olduğunu bir daha göstərdi.

“Biz veteranlar da hər bir Azərbaycan vətəndaşı kimi ölkədə idmana göstərilən diqqətin bariz nümunəsi olan bu mötəbər yarışları maraqla izlədik, milli komandamızı dəstəklədik. Belə mötəbər yarışların davamlı şəkildə keçiriləcəyinə və növbəti qələbəmizin Qarabağda olacağına inanırıq”, - deyə C.Xəlilov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.