İDMAN


IV İslam Həmrəyliyi Oyunları: Daha dörd boksçumuz üçün medal şansı

Bakı, 15 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

“Baku Crystal Hall”da IV İslam Həmrəyliyi Oyunlarının boks yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün dörddəbir final mərhələsi çərçivəsində dörd boksçumuz rinqə çıxacaq.

Oyunlarda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Omid Əhmədisafa ilə qarşılaşacaq.

Tayfur Əliyevin (56 kq) ilk rəqibi mərakeşli Taoufik Kaçfi olacaq.

Elvin İsayev (64 kq) yarımfinala çıxmaq üçün Özbəkistan təmsilçisi Aliyor Noraliyevə gücünü göstərməlidir.

Turnirdə 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov isə ikinci döyüşünü keçirəcək. İdmançımız misirli Uosri Hafizlə üz-üzə gələcək.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinala yüksəlmiş boksçular ən az bürünc medalı təmin etmiş olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.