İDMAN


IV İslam Həmrəyliyi Oyunları çərçivəsində atletika yarışlarına start verilib

Bakı, 16 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mayın 16-da Bakı Olimpiya Stadionunda atletika yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, hazırda kişilər arasında (F57) nüvə itələmə yarışının finalı və qadınlar arasında 400 metr məsafəyə sədlərlə qaçış, kişilər arasında lövhə atma və qadınlar arasında (T12) 100 metr məsafəyə qaçış yarışının təsnifat mərhələsi keçirilir.

Nüvə itələmə yarışında ölkəmizi Samir Nəbiyev, qadınların qaçış yarışında Lidiya Salixova, lövhə atmada İsmayıl Əliyev, qadınlar arasında (T12) 100 metr məsafəyə qaçış yarışında isə Yelena Çebanu təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.