İDMAN


IV İslam Həmrəyliyi Oyunlarına dəstək yarışları təşkil edilib

A+ A

Bakı, 31 oktyabr AZƏRTAC

Nizami rayonunda gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına dəstək yarışları təşkil edilib.

AZƏRTAC xəbər verir ki, rayon məktəbliləri arasında təşkil olunan idman yarışları Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsi çərçivəsində keçirilib.

Tədbirdə çıxış edən Namiq Muradov təşəbbüsçüsü olduğu layihə barədə məlumat verib. O, Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi etməsinin ölkəmizin inkişafının və dünyada özünə layiqli yer tutmasının göstəricisi olduğunu bildirib.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov ölkəmizin ev sahibliyi etdiyi belə mötəbər yarışların yeniyetmə və gənclər arasında təbliği baxımından belə turnirlərin əhəmiyyətini vurğulayıb.

Çıxışlardan sonra yarışlara start verilib.

Layihə çərçivəsində məktəblilər arasında futbol, basketbol və voleybol üzrə yarışlar keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda birinci, ikinci və üçüncü yerlərin qaliblərinə diplom və medallar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.