MƏDƏNİYYƏT


IV İslam Həmrəyliyi Oyunlarına həsr edilən sərgi

Bakı, 11 may, Zərəngiz Mansurova, AZƏRTAC

Mayın 11-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında IV İslam Həmrəyliyi Oyunlarına həsr edilən “Sülh oyunları” adlı sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Fəridə Şəmsi, Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov və başqaları IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, bu mötəbər yarışlarda 20 idman növü üzrə 50-dən çox dövlətin 3000-dək idmançısı iştirak edəcək. Bakıya gələn qonaqlar xalqımız, mədəniyyətimiz, tariximiz, incəsənətimiz barədə məlumatlarla tanış olacaqlar.

Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin əl işləri yer alıb.

Tədbirdə Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin üzvləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Sonda fərqlənən gənclərə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.