İQTİSADİYYAT


IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Bakı, 12 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC tərəfindən mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları nəşr olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 4 idman növünü özündə əks etdirən poçt markaları artıq dövriyyəyə buraxılıb. Markaların üzərində tennis, gimnastika, boks və futbol idman növləri əks olunub.

"Belarusskiy dom peçati"də nəşr olunan markaların tirajı 10000, ölçüləri isə 40 x 28 millimetr təşkil edir. Poçt markalarının nominal dəyəri 0,5 AZN-dir.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında 21 idman növü üzrə 54 dövlətin 3 mindən çox idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.