İDMAN


IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 20-ci qızıl medalı

Azərbaycana 20-ci qızıl medal sevincini cüdoçu Elxan Məmmədov yaşadıb

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə təmsilçimiz Elxan Məmmədov ölkəmizin aktivinə 20-ci qızıl medalı yazdırıb.

AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində kişilərin yarışının finalında Azərbaycanın iki titullu cüdoçusu - Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov ilə dünya və Avropa çempionu Elxan Məmmədov üz-üzə gəliblər. Rəqibini ipponla məğlub edən Elxan Məmmədov “Bakı-2017”nin çempionu olub.

Elxan Məmmədov 2010-cu ildə Yaponiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb. O, 2004-cü, 2009-cu, 2010-cu illərdə üç dəfə Avropa çempionatının üçüncüsü olub. 2008-ci ildə Portuqaliyada təşkil olunan qitə çempionatında gümüş medala layiq görülüb. Bundan əlavə, "World Master" və digər yarışlarda da mükafatçılar sırasında yer alıb, dünya və Avropa çempionatlarının qızıl medallarını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.