İDMAN


IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək sərbəst və yunan-Roma güləşçilərimiz müəyyənləşib

Bakı, 15 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları mayın 17-dən 21-dək Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, yarışların ilk dörd günündə sərbəst və yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Sərbəst güləş yarışlarında yığma komandamızın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) ölkəmizi təmsil edəcəklər.

Yunan-Roma güləşi yarışlarında yığma komandanın baş məşqçisi Şaban Donat, böyük məşqçi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.