İDMAN


IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışı başlayıb

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də Azərbaycan Ağır Atletika Akademiyasında IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarına start verilib. Yarışda 21 ölkədən 130 atlet birincilik uğrunda mübarizə aparır. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan Oyunlarda 8 kişi və 8 qadın atletlə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə üç çəki dərəcəsində Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulub. Kişilərin mübarizəsində 56 kiloqram çəki dərəcəsində Elmar Alıyev gücünü sınayır. Qadınların yarışında isə Mərziyyə Məhərrəmova (48 kq), Səbinə Əzimova və Gülçin Əlizadə (hər ikisi 53 kq) mübarizəyə qoşulublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.