IV İSLAM HƏMRƏYLİYİ OYUNLARI


IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında 8 yığma komanda mübarizə aparacaq

Bakı, 6 fevral, AZƏRTAC 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları dörd stadionda təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov fevralın 6-da jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, yarışda 23 yaşadək kişi futbolçulardan ibarət milli komandalar mübarizə aparacaqlar. Oyunlarda 8 komanda birincilik uğrunda yarışacaq. Hər komandanın heyətində üç böyük futbolçunun iştirakına icazə veriləcək.

Yarışda iştirak edəcək komandaların yaxın günlərdə müəyyənləşəcəyini bildirən nazir qarşılaşmaların “Azal Arena”da, “Bayıl Arena”da, Tofiq Bəhramov adına Respublika stadionunda və “Dalğa Arena”da oynanılacağını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.