İDMAN


IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışı başlayıb

Bakı, 11 may, Pərvanə Rəhimova, AZƏRTAC

Mayın 11-də “Baku Crystal Hall”da IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışına start verilib. İlk oyunda Türkiyənin və Türkmənistanın kişi voleybolçuları qarşılaşırlar.

AZƏRTAC xəbər verir ki, qadınların yarışında beş komanda - Azərbaycan, Türkiyə, Kamerun, Qırğızıstan və Tacikistan bir qrupda dairəvi sistem üzrə mübarizə aparır. Qrupda ilk dörd yeri tutan komanda yarımfinalda çıxış edəcək.

Kişilərin yarışında isə on komanda iki qrupda gücünü sınayır. “A” qrupunda Azərbaycan, Türkiyə, Türkmənistan, Pakistan və Fələstin, “B” qrupunda İran, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri yer alıblar. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər.

Voleybol yarışının birinci günündə dörd görüş keçiriləcək. Günün ilk qarşılaşmasında Türkiyənin və Türkmənistanın kişi voleybolçuları üz-üzə gəlirlər. Azərbaycanın kişi voleybolçuları isə Pakistan yığması ilə qarşılaşacaq.

Qadın voleybolçularımız isə Qırğızıstan millisini sınağa çəkəcək. Qadınların yarışında növbəti görüş isə Türkiyə və Tacikistan milli komandaları arasında oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.