MƏDƏNİYYƏT
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi vaxt açıqlanıb
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Prezidentinin 2011-ci il 27 may tarixli Fərmanına uyğun olaraq UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin tərəfdaşlığı ilə cari il mayın 4-dən 6-dək Bakıda növbəti IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, həmçinin Dünya Forumu Nazirlər Görüşü təşkil olunacaq.
Hazırda beynəlxalq tərəfdaşlarla birgə Forumunun təşkilati məsələləri ilə bağlı müvafiq işlər aparılır.