MƏDƏNİYYƏT


IV “Zamanla üz-üzə” beynəlxalq layihəsi çərçivəsində ilk konsert

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində IV “Zamanla üz-üzə” beynəlxalq layihəsi çərçivəsində ilk konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan konsertdə ukraynalı Vladimir Runçakın dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Konsertdə Vladimir Runçakın, gürcüstanlı Rezo Kiknadzenin, estoniyalı Helena Tulvenin, özbəkistanlı Əzizə Sadıqovanın, Azərbaycan bəstəkarları Ayaz Qəmbərli və Firudin Allahverdinin əsərləri səsləndirilib.

Layihə çərçivəsində növbəti konsert dekabrın 2-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.