İQTİSADİYYAT
IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində AZƏRTAC da öz stendi ilə təmsil olunur
Bakı, 21 may, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı (“CaspianAgro–2015”) sərgisində AZƏRTAC da öz stendi ilə təmsil olunur.
AZƏRTAC-ın stendi ilə tanış olan ziyarətçilərə Azərbaycanın kənd təsərrüfatı sahəsi, ulu öndər Heydər Əliyevin aqrar siyasət strategiyası, Prezident İlham Əliyevin bu sahədə uğurla reallaşdırdığı layihələr barədə ətraflı məlumat verilir.
Sərgi iştirakçıları, həmçinin 7 dildə xəbər yayan AZƏRTAC-ın öz məhsullarını mətn, infoqrafika, video, audio-slaydşou və fotolent formalarında dünya informasiya məkanında yayması barədə də məlumatlandırılırlar.
Stenddə AZƏRTAC-ın müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları, o cümlədən “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində respublikamızın səfalı və tarixi məkanlarından söhbət açan videoreportajlar nümayiş etdirilir.
Ənənəvi olaraq hər il keçirilən “CaspianAgro–2015” sərgisinin media tərəfdaşı olan AZƏRTAC-ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması sahəsində texniki imkanları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.